Pravoslav Kilsəsi bu gün Giorqoba Bayramını qeyd edir. Bayramla əlaqədar bütün kilsə-monastrlarda ibadət dua mərasimi keçirilir.
Altı may Müqəddəs Giorginin müqəddəs elan olunması günüdür. Müqəddəs Girogi gürcü xalqının himayədarı hesab olunur və Gürcüstanda xüsusilə sevilir.
Kilsə rəvayətlərinə əsasən, Müqəddəs Giorgi üçüncü əsrin ikinci yarısında Kapadokyada, zəngin xristian ailəsində anadan olmuşdur. Az sonralar, Roma imperatoru, Diokliatenin hökmdarlığı dövründə sərkərdə olmuşdur. Xritianlığın təqibi başladıqdan sonra, Müqəddəs Giorgi imperatora qarşı çıxdı. Bundan sonra, büdpərəst Roma imperatoru ondan xristinalıqdan imtina etməsini tələb etdi. Müqəddəs Giorginin 303-cü ildə başını kəsdilər.
Gürcüstan Pravoslav Kilsəsi Giorqoba Bayramını ildə iki dəfə – 6 mayda onun müqəddəs elan edilməsi gününü və 23 noyabrda təkərdə işgəncə verilməsi gününü qeyd edir.