Potidə pis hava şəraitinə görə məktəb və uşaq bağçalarında tədris və təlim-tərbiyə prosesi dayandırılıb
Potidə pis hava şəraitinə görə məktəb və uşaq bağçalarında tədris və təlim-tərbiyə prosesi dayandırılıb.
Poti Meriyasının məlumatına əsasən, təbii fəlakət nəticəsində yolları su basıb, bu da qurumların fəaliyyətinə mane olur.
“Bu səbəbdən, məktəbəqədər təhsil müəssisələrinin fəaliyyəti 2024-cü ilin oktyabrın 21-dən mövcud vəziyyət yaxşılaşana qədər dayandırılıb” – Poti Meriyası tərəfindən yayılmış bəyanatda deyilir.