Potidə güclü yağış problemlər yaradıb
Potidə güclü yağış problemlər yaradıb

Potidə güclü yağış problem yaradıb, bir neçə küçə, həyətyanı sahə və yaşayış evlərinin zirzəmiləri su altında qalıb. Şəhər infrastrukturunun bir hissəsi də zədələnib.

Poti meriyasından verilən məlumata görə, müvafiq xidmətlər şəhərin müxtəlif ərazilərindəki vəziyyətdən xəbərdardır, təbii fəlakətin vurduğu ziyanın aradan qaldırılması istiqamətində fəal iş aparır və işlər növbəti günlərdə də davam etdiriləcək.

“Təbii fəlakətin vurduğu ziyanın məbləğinin hesablanması üçün qrup yaradılıb və ən qısa müddətdə kompensasiyalar veriləcək”. – meriyanın yaydığı məlumatda deyilir.