Potidə gənc kişi axtarılır
Potidə gənc kişi axtarılır

 

Potidə gənc kişi axtarılır. Dalğıclar və xilasedicilərin iştirakı ilə açıq dənizdə axtarış tədbirləri davam etdirilir. Həmçinin, çimərlikdə də axtarış aparılır.

Məlumata əsasən, 23 yaşlı gənc kişi üç gün əvvəl evdən çıxıb, sonuncu dəfə Poti limanı yaxınlığında, dənizə doğru hərəkət edərkən, hazırda axtarış əməliyyatlarının aparıldığı ərazidə quraşdırılan kameralara düşüb.

Faktla bağlı Daxili İşlər Nazirliyi Cinayət Məcəlləsinin 115-ci maddəsi ilə istintaq başladıb, bu maddə intihar həddinə çatdırmanı nəzərdə tutur.