Potidə, Cavaxişvili küçəsində yaşayan sakinlər aksiya keçiriblər
Potidə, Cavaxişvili küçəsində yaşayan sakinlər aksiya keçiriblər

 
Potidə, Cavaxişvili küçəsində yaşayan sakinlər aksiya keçiriblər. Əhali limanın ətrafını bağlayıb. Aksiya iştirakçıları limanın ərazisində sağlamlıq üçün təhlükəli olan maddələrin açıq şəkildə emal olunduğunu və sözügedən maddənin daşınmasının təhlükəsizlik normaları pozulmaqla həyata keçirildiyini bildirirlər.

Yerli sakinlərin sözlərinə görə, mənşəyi məlum olmayan maddə onların sağlamlığı üçün təhlükəlidir.

“Bizi buradan dərhal köçürmələrini tələb edirik. Dörd ildir ki, bunu tələb edirik. İnsanlar zəhərlənir, çox pis vəziyyətdəyik. Neçə ildir ki, bizə fikir vermirlər. Bizdən 300 metr aralıda kükürd var və biz buna etiraz edirdik, indi bunu yaşayış binasının çox yaxınlığına gətiriblər. Pəncərələri aça bilmirik, uşaqları gəzməyə çıxara bilmirik, qaralmışıq. Gələrək yükü emal etməyəcəklərini deyirlər, evlərə dağılan kimi dərhal işə başlayırlar. Bununla bağlı, mümkün ola biləcək hər şeyə sahibik, əlimizdə hər cür sənədlər, konkret adamların rəyləri də var , bilmirəm nə istəyirlər”-deyə aksiya iştirakçılarından biri Vepxvia Quledani bildirib.

Bununla yanaşı, hökumət nümayəndələrinin verdiyi məlumata görə, onlar qeyd olunan problem barədə ətraflı şəkildə məlumatlıdırlar və sakinlərə yeni bina tikməyi təklif edirlər. Onların sözlərinə görə, binanın layihəsi hazırdır, binanın vaxtında tikiləcəyi Pazisi küçəsində torpaq sahəsi ayrılıb.

Munisipalitetin alternativ ərazilər təklifi ilə əlaqədar təklif etdiyi şərtlə sakinlər razılaşmır. Aksiya iştirakçıları pul kompensasiyası tələb edirlər, əks halda permanent xarakterli aksiyalar keçirəcəklər.