Potidə baş verən soyğun faktı ilə bağlı polis əməkdaşına həbs cəzası verildi
Zuqdidi Rayon Məhkəməsi Potidə baş verən soyğun hadisəsi ilə bağlı həbs edilən polis əməkdaşı Çabuka Lemoncava üçün həbs qərarını verdi.
Müdafiyə tərəfi məhkəməyə qirov olaraq, 20 min dollar təklif etdi, ancaq hakim vəkilin tələbini qəbul etmədi.
Potidə həbs edilən polisə qarşı rəsmi ittiham dünən irəli sürüldü.
Məsələ Cinayət Məcəlləsinin 116-cı maddəsi ilə bağlıdır, hansı ki, xəbərdarlıq etmədən insan həyatına son qoymağı nəzərdə tutur.
Qeyd olunan cinayət üçün, cəza tədbiri olaraq, altı aylıq ev həbsi və yaxud, iki ildən dörd ilə qədər həbs cəzası nəzərdə tutur.
Daxili İşlər Nazirliyinin məlumatına görə, Potidəki banklardan birinin təcili ödəniş aparatını soymağa çalışan cinayətkar çəkiçlə polis əməkdaşına müqavimət göstərdiyi zaman, polis əməkdaşı ona atəş açmaq zorunda qalıb.
Yaralanan soyğunçu xəstəxanaya aparılandan sonra, həyatını itirdi.