Poti sakrebulosunda “Milli Hərəkat” fraksiyasının sədri Darecan Tsxvitaria və onun müavini tutduqları vəzifələrindən azad ediliblər
Poti sakrebulosunda “Milli Hərəkat” fraksiyasının sədri Darecan Tsxvitaria və onun müavini tutduqları vəzifələrindən azad ediliblər.
Bu məlumatı Darecan Tsxvitaria Gürcüstanın Birinci Kanalına təsdiqləyib.
“Bəli, bizi azad etdilər. Onlar altı, biz isə beş nəfər idik. Mən kommunist rejimini, xunta rejimini də görmüşəm və prinsiplərimdən dönməmişəm. Bu qərar onların elan etdiyi bolşevik cəzası idi. Mən onların pis idarəçiliyi ilə barışmayacağam” – deyə Darecan Tsxvitaria bildirib.
Xatırladaq ki, noyabrın 28-də Poti sakrebulosunun “Milli Hərəkat” fraksiyasının üzvləri Levan Xabeişvilinin partiya sədrliyindən istefasını tələb ediblər. Darecan Tsxvitaria, Jana Çaçava, Paata Çaqanava, Mariam Uçaneişvili və Mişa Pirtsxalava bəyanatı imzalayıblar. Onlar bəyanatlarında qeyd edirdilər ki, “Vahid Milli Hərəkat”dakı böhranlı vəziyyətə, qarşıdurmanın dərinləşməsinə və yığılıb qalan çoxsaylı problemlərə görə tam məsuliyyəti partiyanın hazırkı rəhbərliyi daşıyır.