Poti limanına ABŞ-dan 13 000 ton taxıl və 4 000 ton soya gətirildi
Poti limanına ABŞ-dan 13 000 ton taxıl və 4 000 ton soya gətirildi

Gürcüstanda stabil və müxtəlif iqtisadiyyatların inkişafı üçün ABŞ-dan gələn dəstək davam edir, – bu barədə ABŞ-ın Gürcüstandaki Səfirliyi tərəfindən verilən məlumatda deyilir.

Səfirliyin məlumatına görə, ABŞ-ın “Tərəqqi üçün qida” adlı kənd təssərüfatı təyinatlı proqramı çərçivəsində, iki gəmi: Ocean GladiatorBabuza Wisdom 13 000 ton taxılı və 4 000 ton soyayı yanvarın 3-də, Poti limanına gətirdi.

“Soya və taxıl Gürcüstan bazarlarında satılacaq və ordan yığılan məbləğ kənd təsərrüfatının inkişaf proqramlarına xərclənəcək. Məqsəd Gürcüstanda fermerliyin inkişafıdır” – deyilir ABŞ səfirliyinin bəyanatında.