Poti 70 saylı Dairə Seçki Komissiyasının sədrinin sözlərinə görə, hazırda Dairə Komissiyasına heç bir şikayət daxil olmayıb
Poti şəhərinin 70 saylı Dairə Seçki Komissiyasının sədrinin sözlərinə görə, indiki mərhələdə seçki prosesi dinc şəraitdə keçirilir və Dairə Komissiyasına heç bir şikayət daxil olmayıb.
“Poti Dairə Komissiyasına daxil olan 23 məntəqə seçki komissiyasının hamısı saat 06:45-də seçki məntəqəsinə hesabat verib. Sədrlər saat səkkizə qədər aparılacaq prosedurları qanuna tam uyğun şəkildə həyata keçirib və artıq saat 08:00-da ilk seçicini qəbul ediblər. Seçici fəal gəlir. İndiki mərhələdə proseslər sakit şəraitdə gedir”. – 70-ci Dairə Seçki Komissiyasının sədri Salome Rodonaia bildirib.
Potidə ümumilikdə 40 479 seçici qeydə alınıb, 23 seçki məntəqəsi açılıb və hamısı elektron texnologiyadan istifadə etməklə seçki prosesini həyata keçirir.