Portlənd Polisi-aksiya iştirakçıları hüquq-mühafizəçilərə doğru fişənglər atırlar
Portlənddə aksiya iştirakçıları və polislər arasında vəziyyət gərginləşir.Portlənd polisinin Twitter vasitəsi ilə bildirdiyinə görə,aksiya iştirakçıları onlara doğru fişənglər atırlar.
″İnsanlar polisə doğru fişəng atırlar.Biz onlara bu hərəkətləri dayandırmağı məsləhət görürük.Onlarla qarşı-qarşıya gəlmək istəmirik.Biz,bugünkü günün dinc şəkildə başa çatmasını istəyirik″-deyə polisin bəyanatında qeyd olunub.
Bu gün Portlənd meri,bildirib ki, bundan sonra polis, göz yaşardıcı qazdan insanların həyatını təhlükə təhdid edəcəyi halda istifadə edəcək.Polislər hazırda aksiyaları dağıtmaq üçün səsli qumbaradan istifadə edirlər.
ABŞ-da etiraz aksiyaları mayın 25-də ,polis tərəfindən fiziki gücün tətbiq olunması nəticəsində həyatını itirmiş Corc Floydun ölümündən sonra başlayıb.
Hazırladı-Sevinc Mustafayeva