Ponichalaya paralel olaraq Kutaisidə də xüsusi əməliyyat keçirilir
Ponichalaya paralel olaraq Kutaisidə də xüsusi əməliyyat keçirilir

 

Kutaisidə, Ninoşvili küçəsində xüsusi əməliyyat keçirilir.

Xüsusi əməliyyat nəticəsində hüquq-mühafizə orqanlarının əməkdaşları narkotik vasitələrin satışı ilə məşğul olduğu ehtimal edilən, metadon proqramına qoşulmuş, yaşı 35-dək olan şəxsi saxlayıblar.

Bundan başqa, Tbilisidə də xüsusi əməliyyat keçirilir. Mövcud məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları narkotik alverçisinin saxlanılması üçün Ponichalada tədbir keçirirlər.

Daxili İşlər Nazirliyindən açıqlandığı üzrə, xüsusi əməliyyatla bağlı bəyanat daha sonra veriləcək.