Ponichalada xüsusi əməliyyat keçirilir
Ponichalada xüsusi əməliyyat keçirilir

 

Ponichalada, Qamsaxurdia küçəsində xüsusi əməliyyat keçirilir.

Gürcüstan Daxili İşlər Nazirliyi tərəfindən verilən məlumatda aparılan tədbirlər nəticəsində hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən 10-dan çox narkotik alverçisinin saxlanıldığı deyilir.

Gürcüstan Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis İdarəsinin rəisi Teimuraz Kupatadzenin jurnalistlərə açıqladığı üzrə, istintaq hərəkətləri Tbilisidən başqa, bütün ölkə miqyasında müxtəlif şəhərlərdə keçirilir.

Bununla yanaşı, Teimuraz Kupatadze gün ərzində saxlanılanların sayının artacağını bildirir.

“Bütün ölkə miqyasında hakimin qərarı əsasında 10-dan çox narkotik alverçisi saxlanılıb, bu şəxslərlə əvvəlcədən nəzarət satışı həyata keçirilib, bu, audio-video çəkilişlərdə öz əksini tapıb və sübut kimi istifadə olunacaq. Tədbir gün ərzində müxtəlif şəhərlərdə davam edir və saxlanılanların sayı artacaq”- deyə Teimuraz Kupatadze açıqlayıb.