Poniçalada 33 ailənin yaşayış evi qanuniləşdiriləcək
Poniçalada 33 ailənin yaşayış evi qanuniləşdiriləcək

Poniçalada yaşayan 33 ailənin mülkiyyəti simbolik bir lari ödənilərək, qanuniləşdiriləcək.

Bu barədə bəyanatı Tbilisi meri Kaxa Kaladze verdi.

Kaladzenin dediyinə görə, evlərin qanunlaşdırılamsı istiqamətində çalışma gələcəkdə də fəal şəkildə davam edəcək.

“Bir çox ailə illərdir, nəvə-nəticələrini böyütdüyü evlərdə yaşayır, ancaq evlərini qanunlaşdıra bilmir. Evlərin qanuniləşdirilməsi prosesi bugün Poniçalanın üçüncü mikrorayonundaki bir korpusunda yaşayn 33 ailənin evlərini qanuniləşdirməklə başlayacağıq.

Onlara öz yaşadıqları mənzilləri simbolik qiymətlə satılacaq və öz adlarına qanuniləşdirəcək.

Biz bu istiqamətdə çalışmağa davam edəcəyik və yaşayış evlərinin qanuniləşdirilməsi ilə bağlı problemi olan hərkəs meriyaya müraciət etsin”- dedi Kaladze.