Poltavada Rusiyanın raket zərbəsi nəticəsində həlak olanların sayı 51-ə yüksəlib, 219 nəfər xəsarət alıb
Poltavada Rusiyanın raket zərbəsi nəticəsində həlak olanların sayı 51-ə yüksəlib, 219 nəfər xəsarət alıb

 
Poltavada Rusiyanın raket zərbəsi nəticəsində həlak olanların sayı 51-ə yüksəlib, 219 nəfər xəsarət alıb. Müvafiq məlumatı Ukraynanın baş prokurorunun ofisi yayır.

Ukrayna hakimiyyəti, ballistik raketlə Hərbi Rabitə İnstitutunun və xəstəxananın binalarına zərbələr endirildiyi haqda məlumat verir.

Ukraynanın Müdafiə Nazirliyinin mətbuat katibi Dmitri Lazutkin, hücum zamanı institutda tədris prosesinin getdiyini bildirib.

Hücum nəticəsində binanın bir hissəsi dağılıb. Yerli hakimiyyət orqanlarının məlumatına əsasən, dağıntılar altında ola bilsin 15-ə qədər insan qalır. Hadisə yerində axtarış-xilasetmə işləri davam edir.

Sabahdan Poltava vilayətində üç günlük matəm elan edilib.