Polşanın səfiri vətənin müdafiəsi zamanı həlak olmuş gürcü əsgərlərin xatirəsinə həsr olunmuş abidəyə əklil qoyma mərasimində iştirak edib
Polşanın səfiri vətənin müdafiəsi zamanı həlak olmuş gürcü əsgərlərin xatirəsinə həsr olunmuş abidəyə əklil qoyma mərasimində iştirak edib

 
Polşanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Mariuş Maşkeviç Muxatqverdi qəbiristanlığında vətənin müdafiəsi zamanı həlak olmuş gürcü əsgərlərin xatirəsinə həsr olunmuş abidəyə əklil qoyma mərasimində iştirak edib.

Məlumatı Polşa səfirliyi yayır.

“Rusiyanın Gürcüstana təcavüzünün 15-ci ildönümündə səfir Mariuş Maşkeviç Muxatqverdi hərbi qəbiristanlığında vətənin müdafiəsi zamanı həlak olmuş gürcü əsgərlərin xatirəsinə həsr olunmuş abidəyə əklil qoyma mərasimində iştirak edib.

Mərasimdə Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili, Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili, hökumətin və diplomatik korpusun nümayəndələri iştirak ediblər”-deyə Polşa səfirliyinin saytında dərc olunan məlumatda deyilir.