Polşanın xarici işlər naziri Zbiqnev Raunun Gürcüstana səfəri başa çatıb.
Zbiqnev Raunu Tbilisi Beynəlxalq Hava Limanından gürcü həmkarı İlia Darçiaşvili yola saldı. Ona qədər isə Gürcüstan və Polşanın xarici işlər nazirləri Polşa Prezidenti Lex Kaçinskinin xatirəsini ehtiramla yad edib, abidəsi önünə əklil qoydular.
Polşanın xarici işlər naziri aprelin 26-28-də Gürcüstanda səfərdə olub. O, Gürcüstan Xarici İşlər Nazirliyinin rəhbəri İlia Darçiaşvili ilə görüşlər keçirib.
Zbiqnev Rau Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili ilə görüşüb. Polşalı diplomatı Gürcüstan Prezidenti Salome Zurabişvili də qəbul edib.
Səfər çərçivəsində Polşanın xarici işlər naziri Gürcüstanın birliyi uğrunda döyüşlərdə həlak olan qəhrəmanların xatirəsini ehtiramla yad edib, Qəhrəmanlar Abidəsi önünə əklil qoyub.
Məlumatı Gürcüstan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.