Polşanın xarici işlər naziri - Rusiya tərəfindən Zaporojie AES-ə hücum olarsa, bizim adekvat cavabımız olacaq
Polşanın xarici işlər naziri - Rusiya tərəfindən Zaporojie AES-ə hücum olarsa, bizim adekvat cavabımız olacaq

Rusiyanın Zaporojie AES-ə hücumu halında Polşanın adekvat cavabı olacaq, – bu haqda Polşanın xarici işlər naziri Zbiqnev Rau deyib.

“Bu, tamamilə yeni bir vəziyyət olacaq. Ona görə də biz adekvat cavab verəcəyik”, – deyə Rau bildirib.

Nazir qeyd edib ki, belə bir hücum olacağı təqdirdə, bu, NATO ərazisinin əhəmiyyətli hissəsinə təsir edəcək.

“Ona görə də müvafiq cavab tələb olunacaq. Və bu cavabın nə olacağını dəqiq deyəcəyimi gözləməyin”, – Polşanın xarici işlər naziri bildirib.

Xatırladaq ki, Ukrayna Silahlı Qüvvələri elan etmişdi ki, ruslar tezliklə Zaporojie Atom Elektrik Stansiyasında təxribatlara hazırlaşmağa başlaya bilərlər – onlar iki enerji blokunun damında partlayıcı maddələrə oxşar əşyalar yerləşdiriblər. NATO-nun hərbi komitəsinin sədri Rob Bauer isə bildirib ki, Rusiyanın Zaporojie AES-ə hücumu halında onun nəticələri bütün dünyaya təsir edəcək.