Polşada tibbi maskaların taxılmamasına görə, 13 min yeni cərimə yazılıb
Polşada tibbi maskaların taxılmamasına görə, 13 min yeni cərimə yazılıb

Polşada tibbi maskaların taxılmamasına görə, polis 13 min yeni cərimə yazıb.

Statistik göstəricilər aprelin ortalarından mayın sonuna qədər dövrü əhatə edir.

Hüquqmühafizəçilər tibbi maska ilə bağlı qanunu pozan 13 030 nəfəri cərimələdilər.

Onlardan 4 898 nəfərin işi məhkəməyə göndərildi.

Mayın 30-dan Polşada küçədə tibbi maskaların taxılması məcburi deyil, ancaq vətəndaşlar sosiyal məsafəyi qorumulıdırlar.

Tibbi maskasız Polşada ictimai nəqliyyat vasitələri ilə yolçuluq etmək, mağazalara və gözəllik salonlarına daxil olmaq qadağan edilir.

İş yerlərində isə, işçilər arasında bir metrlik sosiyal məsafənin qorunduğu halda tibbi maska taxmaq məcburiyyəti aradan qaldırılır.