Polşada Rusiyanın sifarişi ilə diversiya cəhdində şübhəli bilinən 9 nəfəri saxlayıblar
Polşada Rusiyanın sifarişi ilə diversiya cəhdində şübhəli bilinən 9 nəfəri saxlayıblar

 
Polşada Rusiyanın sifarişi ilə diversiya cəhdində şübhəli bilinən 9 nəfəri saxlayıblar. Bu haqda Polşanın Baş naziri Donald Tusk açıqlayıb.

“Hazırda birbaşa Rusiya xüsusi xidmət orqanlarının əmri ilə Polşada diversiya aktlarına qoşulmuş doqquz şübhəlini saxlamışıq. Şübhəlilər Ukrayna, Belarus və Polşa vətəndaşlarıdır”- Tusk bildirib.

Tusk bildirib ki, hadisə ilə bağlı beynəlxalq istintaq aparılır.

Lakin, Donald Tuskun qeyd etdiyi kimi, diversiya cəhdi təkcə Polşada deyil, həm də Litvada, Latviyada, ehtimal ki, İsveçdə də olub və Polşanın müvafiq xidmətləri bu məsələ ilə bağlı müttəfiqlərlə intensiv işləyirlər.