Polşada minlərlə millətçi Polşanın Müstəqillik Günündə hər il etdiyi kimi, yürüş keçirib
Polşada minlərlə millətçi Polşanın Müstəqillik Günündə hər il etdiyi kimi, yürüş keçirib

Polşada minlərlə millətçi Polşanın Müstəqillik Günündə hər il etdiyi kimi, yürüş keçirib.

Varşava meri Rafal Trjaskovskinin sözlərinə görə, yürüşdə 40 minə yaxın insan iştirak edib. Nümayiş dinc şəraitdə keçirilib.

Ötən ay Polşada keçirilən parlament seçkilərində ifrat sağçı Konfederasiya Partiyası 460 yerlik Seymdə cəmi 18 yer qazanıb, hakim millətçi sağçı “Qanun və Ədalət” partiyası isə parlament çoxluğu üçün lazımi sayda səs toplaya bilməyib.

Seçkilərdə qalib gələn koalisiyanın lideri Donald Tusk sosial şəbəkədə əhalini birləşməyə çağırıb və Polşanın Müstəqillik Gününün bütün polşalıların bayramı olduğunu qeyd edib.