Polşada dağ xizək kurortunda baş verən partlayış nəticəsində 5 nəfər həlak oldu
Polşada dağ xizək kurortunda baş verən partlayış nəticəsində 5 nəfər həlak oldu

Polşada dağ xizək kurortu Şirkdə, yaşayış evində, təbii qazın sızması nəticəsində baş verən partlayış nəticəsində 5 nəfər həlak oldu. Onlardan ikisi az yaşlı uşaqdır.

Yayılan məlumata görə, partlayan evin qalıntıları altında yenə bir neçə nəfər var.

Faciyə yerində 100 xilasedici və 50 nəfər polis səfərbər olunub.

Partlayışın səbəbi qaz borusunun təmiri zamanı qazın sızmasının olduğu ehtimal olunur.