Polşada bildirirlər ki, Ukraynanın silahlı qüvvələrinin Kursk bölgəsinə hücumuna baxmayaraq, Qərb silahdan istifadə ilə bağlı yanaşmasını dəyişməyəcək

13:08, 19.08.2024

Ukrayna silahlı qüvvələri tərəfindən Kursk bölgəsinə hücumuna baxmayaraq, Qərb silahdan istifadə ilə bağlı yanaşmasını dəyişməyəcək, – bu barədə Polşanın daxili işlər naziri Tomaş Siemonyak bildirib.

Jurnalist polşalı nazirə Kiyevin hərbi uğurlarının Rusiya ilə müharibədə silahdan istifadə ilə bağlı müttəfiqlərinin mövqeyini dəyişdirməsinin mümkün olub-olmaması ilə bağlı sual ünvanlayıb.

“Bu hücum Qərbin antieskalasiya mövqeyini dəyişmir”, – Siemonyak bildirib.

Onun dediyinə görə, Kursk bölgəsində inkişaf edən proseslər Ukraynanın imicini dəyişməyə kömək edir, çünki “Kiyevin iki həftədən az müddətdə əldə etdiyi siyasi nailiyyətlər böyükdür”.

Oxşar