Polşada bildirirlər ki, Rusiyaya məxsus reaktiv dron Ukrayna ərazisində, Polşa yaxınlığında Dorohusk sərhəd-keçid məntəqəsindən təxminən iki kilometr məsafədə yerə düşüb

22:19, 28.09.2026

Rusiyaya məxsus reaktiv dron Ukrayna ərazisində, Polşa yaxınlığında Dorohusk sərhəd-keçid məntəqəsindən təxminən iki kilometr məsafədə yerə düşüb. Bu barədə Polşa müdafiə naziri Vladislav Kosyniak-Kamış bəyan edib.

“Qərbi Ukraynaya növbəti Rusiya hücumu. Reaktiv dron Ukrayna tərəfində, Polşa yaxınlığında, Dorohusk sərhəd-keçid məntəqəsindən təxminən 2 kilometr məsafədə zərbə endirib. Polşanın hava məkanı pozulmayıb. Bizim hava hücumundan müdafiə sistemlərimiz və təyyarələrimiz reaksiya verməyə hazır idi. Həyəcan siqnalı ləğv edildikdən sonra təyyarələr bazalarına geri qayıdıb, müdafiə sistemləri isə müşahidə və hazırlıq rejiminə keçib”, – deyə Kosyniak-Kamış sosial şəbəkədə qeyd edib.

Oxşar