Polşada "Astrazeneka" vaksinası yaşlılar üçün istifadə edilməyəcək
Polşada "Astrazeneka" vaksinası yaşlılar üçün istifadə edilməyəcək

Polşada “Astrazeneka” vaksinasının peyvədini yaşlılara vurmayacaqlar.

Bu haqda məlumatı “The Guardian” ölkənin baş nazirinin baş yardımçısının bəyanatına istinadən yayır.

Polşada bu qərar Almaniya iqtidarı tərəfindən keçən həftə verilən rekomendasiyadan sonra verildi.

Almaniya iqtidarının rekomendasiyasına görə, 65 yaşdan yuxarı insanlar üçün vaksina istifadə edilməməlidir. Səbəb isə, odur ki, vaksina yaşlılar üçün o qədər effektiv olmaya bilər.

Avropa medikamentlər agentliyi isə, qeyd olunan vaksinanın 27 ölkədə, hər yaşda insan üçün istifadəsini məqsədə uyğun gördü.

Polşa isə, bu qərarı poza bilər.

İtaliya medikamentlər agentliyi “Astrazeneka” vaksinasının istifadəsinin hər yaşda insan üçün məqbul olduğunu təsdiqlədi, ancaq 55 yaşdan yuxarı olan insanlar üçün alternativ vaksinanın istifadəsi üçün rekomendasiya verdi.

Ehtimala görə, Fransa Avropa İttifaqından növbəti ölkə olacaq, hansı ki, vaksina ilə bağlı öz rekomendasiyasını verəcək.