Polşada 3 Gürcüstan vətəndaşı 19 yaşlı qadını qaçırmaqda ittiham edilərək saxlanılıb
Polşada 3 Gürcüstan vətəndaşı 19 yaşlı qadını qaçırmaqda ittiham edilərək saxlanılıb. Polisin yaydığı məlumatda qeyd edildiyi kimi, oğurlanan şəxs də gürcü əsillidir.
Gənc qadının anası hadisə barədə polisə məlumat verib. Hadisə Skarnevitse şəhərində baş verib. Polis beş saat ərzində qaçıranların avtomobilini tapıb. Cinayətkarlar qaçırılan qadını Veruşuv şəhərinə aparıblar.
Həbs olunanların 38, 37 və 33 yaşlarında olduğu bildirilir. Məhkəmə onların barəsində həbs-qətimkan tədbiri seçib. Cinayət sübuta yetirilərsə, saxlanılan şəxsləri 5 ilə qədər həbs gözləyir.