Polşa və Litva prezidentləri Rusiya və Belarus sərhədi yaxınlığında iki ölkənin birgə hərbi təlimlərinin bağlanış mərasimində iştirak ediblər
Polşa və Litva prezidentləri Rusiya və Belarus sərhədi yaxınlığında iki ölkənin birgə hərbi təlimlərinin bağlanış mərasimində iştirak ediblər

Polşa və Litva prezidentləri Rusiya və Belarus sərhədi yaxınlığında iki ölkənin birgə hərbi təlimlərinin bağlanış mərasimində iştirak ediblər. Bu barədə “Associated Press” məlumat yayır.

Beş günlük hərbi təlim NATO üçün strateji əhəmiyyətli olan Suvalki dəhlizi boyunca keçirilib. Uzunluğu 100 kilometr olan dəhliz Polşa və Litvanı birləşdirir, həmçinin, Rusiyanın Kalininqrad vilayəti ilə Belarusu bir-birindən ayırır.

Polşa prezidenti Anjey Duda “potensial təcavüzkar bizim hazırlığımızı görməlidir”deyə bildirib.

Hərbi təlimdə 1500 Litva və 200 Polşa əsgəri iştirak edib. “Associated Press”in yazdığına üzrə, manevrlərdə Amerika və Portuqaliya hərbçiləri də iştirak edib.