Polşa Silahlı Qüvvələri ötən gecə Rusiyanın Ukraynaya hücumu zamanı Rusiya raketlərindən birinin Polşanın hava məkanına daxil oduğunu bildirir

13:51, 24.03.2024

Ötən gecə Rusiyanın Ukraynaya hücumu zamanı Rusiya raketlərindən biri Polşanın hava məkanına daxil olub, – bu barədə Polşa Silahlı Qüvvələrinin operativ komandirliyi bildirir.

Raket Polşanın hava məkanında 39 saniyə qalıb.

“Martın 23-də Rusiya Federasiyasının uzaqmənzilli aviasiyasının buraxdığı raketlərdən biri Polşanın hava məkanına daxil olub. Hücumun hədəfi Qərbi Ukrayna şəhərləri olub”, – deyə silahlı qüvvələrin operativ komandirliyi bildirir.

Bəyanatda uçuş zamanı raketin hərbi radar sistemləri vasitəsilə izləndiyi qeyd olunur.

“Polşa ordusu Polşa hava məkanının təhlükəsizliyini təmin etmək üçün daim Ukrayna ərazisindəki vəziyyəti izləyir və daim döyüşə hazır vəziyyətdədir”, – deyə məlumatda bildirilir.

Oxşar