Polşa Seyminin sədri Didi Diğomidə partlayış nəticəsində həlak olanların ailələrinə və Gürcüstan vətəndaşlarına başsağlığı verir.
Polşa Seyminin sədri, Marek Kuçunski, Tbilisidə, Didi Diğomidə partlayış nəticəsində həlak olanların ailələrinə və Gürcüstan vətəndaşlarına başsağlığı verir.
Müvafiq bəyanatı Polşa qanunvericilik orqanının sədri “tvitter” sosial şəbəkəsi vasitəsi ilə yaydı.
Partlayış Tbilisidə, Didi Diğomidə dünən baş verdi. Hadisə nəticəsində dörd nəfər həlak oldu. Səkkiz nəfər xəsarət alıb. Hazırda bir azyaşlı uşaq xəstəxanada qalmaqdadır.
Partlayış nəticəsində zərər çəkənləri Meriya mehmanxanalara yerləşdirdi. İlkin məlumata görə, partlayış qazın sızması nəticəsində baş verdi. İstintaq aparılır.
İş üzrə bu gün “L Group” tikinti şirkətinin direktorunu, inşaatçıları və “KazTranGas”-ın əməkdaşlarını sorğu etdilər.