Polşa Rusiya və Belarusla sərhədi gücləndirmək üçün 2,6 milyard dollara qədər vəsait xərcləyəcək
Polşa Rusiya və Belarusla sərhədi gücləndirmək üçün 2,6 milyard dollara qədər vəsait xərcləyəcək

Polşa Rusiya və Belarusla ümumi sərhədi gücləndirmək üçün 2,6 milyard dollara qədər vəsait xərcləyəcək.

Baş nazir Donald Tuskun dediyinə görə, “Şərq qalxanı” adlanan plan təxminən 400 km məsafədə yeni hasarın, istehkamların, meşənin bərpasını və relyefin dəyişikliklərini əhatə edir.

Tusk deyib: “Biz istəyirik ki, bizim sərhədimiz sülh zamanı təhlükəsiz, müharibə zamanı isə keçilməz olsun”,- deyə Tusk bildirdi.

Qeyd etmək lazımdır ki, 2022-ci ildə Polşada  5,5 metr hündürlüyündə tikilmiş hasara baxmayaraq, Belarusdan gələn qeyri-qanuni miqrantların növbəti dalğasını lazımi şəkildə saxlamaq mümkün olmur.