Polşa polisi Gürcüstan vətəndaşını oğurluq faktına görə saxlayıb
Polşa polisi Gürcüstan vətəndaşını oğurluq faktına görə saxlayıb

 
Polşa polisi Gürcüstan vətəndaşı, 32 yaşlı kişini oğurluq etdiyinə görə saxlayıb. O, qadının avtomobilindən içərisində 500 min zlot (təxminən 112 min avro) olan çantanı oğurlamaqda ittiham olunur.

Polşa polisinin saytında dərc olunan bəyanatda qeyd edildiyi kimi, hadisə cari ilin martında baş verib, bundan sonra şübhəli vətənə qayıdıb. O, bir neçə gün əvvəl Varşava yaxınlığındakı Mislovits şəhərində hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Yerli məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçib. Onu 10 ilə qədər həbs gözləyir.

Polis işin təfərrüatlarını da ictimailəşdirir. Hüquq-mühafizə orqanlarının əməkdaşlarının sözlərinə görə, 41 yaşlı qadın bankdan külli miqdarda pul çıxarıb, avtomobillə evə qayıdarkən təkərin partladığını görüb və yoxlamaq üçün avtomobildən enib. Məlum olub ki, kimsə onun iki təkərinə zərər vurub. Avtomobilinə qayıdan zərərçəkmiş çantasında pul olmadığını görüb.