Polşa ölkə ərazisində olacaq hər bir ABŞ hərbçisi üçün ildə 15 000 dollar ödəməyi planlaşdırır

14:37, 26.09.2026

Polşa ölkə ərazisində olacaq hər bir ABŞ hərbçisi üçün ildə 15 000 dollar ödəməyi planlaşdırır. Bu barədə Polşanın müdafiə nazirinin müavini Pavel Zalevski bildirib.

Zalevskinin sözlərinə görə, hazırda Pentaqonla danışıqlar məhz planın icra təfərrüatlarına yönəlib. Bura hansı hərbi birləşmələrin cəlb olunacağı, onların hansı imkanlara malik olacağı və harada yerləşdiriləcəyi daxildir.

Zalevski konkret Amerika bölmələrinin və ya yerləşdirilə biləcək mümkün yerlərin adını çəkməyib, lakin Varşavanın təklifi ilə bağlı yeni təffərüatları təqdim edib.

“Biz Amerika qoşunlarına çox xüsusi şərtlər təklif edirik. İnfrastruktur xərclərini biz qarşılayacağıq. Həmçinin Polşada yerləşdirilən hər bir amerikalı hərbçinin təminat xərclərini də ildə 15 000 dollar məbləğində biz ödəyəcəyik”, – deyə Zalevski bildirib və qeyd edib ki, bu məbləğ polşalı vergiödəyicilər tərəfindən qarşılanacaq.

Oxşar