Polşa, Litva və Ukrayna prezidentləri birgə bəyannamə imzalayıblar, sənəddə Ukraynanın Avropa İttifaqına namizəd statusuna layiq olduğu bildirilir
Polşa, Litva və Ukrayna prezidentləri birgə bəyannamə imzalayıblar, sənəddə Ukraynanın Avropa İttifaqına namizəd statusuna layiq olduğu bildirilir

 

Ukrayna Avropa İttifaqına namizəd statusuna layiqdir-bu barədə Kiyevdə səfərdə olan Litva prezidenti Qitana Nauseda və Polşa prezidenti Anjey Dudanın ukraynalı həmkarı Volodimir Zelenski ilə imzaladığı birgə bəyannamədə deyilir.
Birgə Bəyannamədə də qeyd edildiyi kimi, yuxarıda adı çəkilən hər iki ölkə bu məqsədi dəstəkləyəcək.

“Assosiasiya Sazişinin və daxili islahatların həyata keçirilməsində əldə edilmiş əhəmiyyətli irəliləyişləri, eləcə də mövcud təhlükəsizlik çağırışlarını nəzərə alaraq, Ukraynanın Avropa İttifaqına namizəd statusuna layiq olmasını vurğulayırıq, Litva və Polşa bu məqsədə çatmaqda Ukraynanı dəstəkləyəcək ” – deyə bəyannamədə bildirilir.

Həmçinin, Ukrayna, Litva və Polşa prezidentləri beynəlxalq ictimaiyyəti “Şimal Axını 2” boru kəməri də daxil olmaqla Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə çağırırlar.