Polşa İqtidarı 800 təcavüzçü və pedofilin göstəricilərini internetə yerləşdirdi
Polşa İqtidarı 800 təcavüzçü və pedofilin göstəricilərini internet vasitələri ilə yaydı.
Ölkənin baş prokurorluğunda bəyan etdilər ki, onlar üçün uşaqların təhlükəsizliyi cinaytkar şəxslərin anonimliklərinin qorunmasından daha önəmıidir.
Bundan sonra, təcavüzkar və pedofillərin kimliyini hərkəs görə biləcək.
Onların şəxsi göstəriciləri cinsəl baxımdan törədilən cinayətlər reestrində yerləşdirildi.
Siyahı iki hissədən ibarətdir. Siyahının bir hissəsində pedofiliyada ittiham edilən şəxslərin şəkilləri, adları, soyadları və törətdikləri cinayətlər göstərilib. Siyahının ikinci hissəsində isə, manyakların ünvanları və onlar haqqında daha detallı məlumat verilir.
Siyahının ikinci hissəsini sadəcə hüquqmühafizəçilər və uşaq qəyyumluğu məsələləri üzrə çalışan təşkilatlar görə biləcəklər.
“Bundan sonra, uşaqlara zərər verən şəxslər biləcəklər ki, onların etdikləri hərəkətlər, onlara çox böyük problemlər yaradacaq. Qanunla verilən cəzadan başqa, pedofillər həmçinin, anonim qalmaq haqqını da itirəcəklər” – dedi Polşanın Ədliyyə Naziri.
Nazirinin dediyinə görə, belə bir siyahı digər ölkələrdə və həmçinin, ABŞ-da da var.