Polşa beynəlxalq yük daşımaları üçün icazəsi olmayan Ukrayna yük avtomobillərinin hərəkətini dayandırıb
Polşa beynəlxalq yük daşımaları üçün icazəsi olmayan Ukrayna yük avtomobillərinin hərəkətini dayandırıb

 
Ukrayna Avropa Komissiyasına məlumat verib ki, Polşa beynəlxalq yük daşımaları üçün icazəsi olmayan Ukrayna yük avtomobillərinin hərəkətini dayandırıb-bu haqda Ukraynanın infrastruktur nazirinin müavini Serqei Derkaç deyib.

Derkaç, ukraynalı yük daşıyıcılarının icazəyə ehtiyacı olmadığını bildirib.

“Bunu Polşa tərəfi, ilk növbədə, Polşanın İnfrastruktur Nazirliyi bilir. Polşa tərəfi, eləcə də bütün digər Avropa İttifaqına üzv ölkələr Ukrayna ilə Avropa İttifaqı arasında sazişin yenilənməsi ilə bağlı məlumatlandırılıb. İndi bu, Polşa tərəfində yalnız daxili ünsiyyət məsələsidir”- Derkaç bildirib.

O, Ukrayna tərəfinin yaranmış vəziyyətlə bağlı Polşanın İnfrastruktur Nazirliyinə müraciət etdiyini və polşalı həmkarların Polşanın Gömrük Xidməti ilə problemi həll etməyə çalışdıqlarına əmin etdiyini deyib.

“Həmçinin, biz yük avtomobillərinin hərəkətinin dayandırılması ilə bağlı Avropa Komissiyasına məlumat vermişik. Avropa Komissiyası artıq vəziyyətdən xəbərdardır və o da problemi həll etməyə çalışır” – deyə Ukraynanın infrastruktur nazirinin müavini qeyd edib.