Polşa baş nazirinin müavini - Putin 2008-ci ildə Gürcüstana hücum etdi, “Vətəndaş Platforması”nın hakimiyyəti altında hazırlaşa biləcəyimiz səkkiz il itirdik
Putin 2008-ci ildə Gürcüstana hücum etdi, “Vətəndaş Platforması”nın hakimiyyəti altında hazırlaşa biləcəyimiz səkkiz il itirdik, – Polşanın baş nazirinin müavini Yaroslav Kaçinski bildirib.
Polşanın hakim partiyasının rəhbərinin sözlərinə görə, indiki Polşa müxalifəti hakimiyyətdə olarkən şərq cinahda hərbi gücü təmsil edən hər şeyi darmadağın edib, orduya problemlər yaradıb və şərqi Polşa sakinlərini Putin əsgərlərinin mərhəmətinə buraxmaq istəyib.
Yaroslav Kaçinskinin sözlərinə görə, Polşa Avropa İttifaqının ən güclü quru ordusunu yaradır.