Politico - Tramp Kamala Harrisə impiçment elan etmək üçün ABŞ Konstitusiyasını dəyişmək istəyir
Politico - Tramp Kamala Harrisə impiçment elan etmək üçün ABŞ Konstitusiyasını dəyişmək istəyir

Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp ABŞ Konstitusiyasına 25-ci düzəlişin Konqresin vitse-prezident Kamala Harrisə “Co Baydenin səriştəsizliyini ört-basdır etdiyinə” görə impiçment elan etməsinə imkan verən düzəlişi dəstəkləyir. – Bu barədə “Politico” nəşri yazır.

Medianın yazdığı kimi, Viskonsin ştatının Mosinee şəhərində tərəfdarları ilə görüşü zamanı Tramp vitse-prezident Kamala Harris və Demokratları Baydenin sağlamlıq vəziyyətini və onun əqli qabiliyyətlərini ört-basdır etməkdə günahlandırıb.

“Əgər bunu etsəniz, bu, dərhal impiçment və vəzifədən uzaqlaşdırılmaq üçün əsasdır.” – Donald Tramp bildirib.