"Politico" - Tbilisi üçün yaxşı xəbər, Avropa Komissiyası Gürcüstana Avropa İttifaqına namizəd ölkə statusunun verilməsini tövsiyə edəcək
Tbilisi üçün yaxşı xəbər var – Avropa Komissiyası Avropa İttifaqına üzv ölkələrin liderlərinə Gürcüstana namizəd statusunun verilməsini tövsiyə edəcək- bu barədə “Politico” nəşri Avropa İttifaqının iki yüksək rütbəli rəsmisinə istinadən yazır.
Nəşrin yazdığı kimi, Avropa Komissiyasının Prezidenti Ursula fon der Laien və Avropa komissarları bu gün Avropa İttifaqına daxil olmaq istəyən on ölkənin irəliləyişini müzakirə etmək üçün görüşəcəklər.
Avropa Komissiyasının Avropa İttifaqının genişlənməsinə dair illik hesabatı bu gün dərc olunacaq. Hesabatda Avropa Komissiyası Gürcüstanda həyata keçirilən islahatları, o cümlədən 12 tövsiyənin icrasını qiymətləndirəcək və bu tövsiyələr əsasında da Avropa Şurası ölkəyə Avropa İttifaqı üzvlüyünə namizəd statusunun verilməsi barədə qərar qəbul etməlidir.