"Politico" - son dörd ildə ilk dəfə keçiriləcək Çin-Avropa İttifaqı sammitinin dekabrın 7-8-də baş tutacağı gözlənilir
"Politico" - son dörd ildə ilk dəfə keçiriləcək Çin-Avropa İttifaqı sammitinin dekabrın 7-8-də baş tutacağı gözlənilir

Son dörd ildə ilk dəfə keçiriləcək Çin-Avropa İttifaqı sammitinin dekabrın 7-8-də keçiriləcəyi gözlənilir. Bu barədə “Politico” nəşri öz mənbələrinə əsaslanaraq məlumat yayıb.

Avropalı diplomatın mediaya verdiyi məlumata əsasən, bu, hər iki tərəfin üzərində işlədiyi tarixdir, hələ yekun deyil və rəsmi olaraq elan edilməlidir.

Çində keçirilməsi planlaşdırılan sammitdə Avropa Komissiyasının sədri Ursula Fon Der Leyen və Avropa Şurasının sədri Şarl Mişel iştirak edəcək. Gözlənilənə əsasən, sammitin sədri Çinin Baş naziri Li Qianq olacaq. Bundan əlavə, Çin prezidenti Si Cinpinin Avropa İttifaqı liderləri ilə görüşü nəzərdə tutulub.