“Politico” – İslandiya sahillərində NATO-nun təlimləri ilk dəfə ABŞ-ın iştirakı olmadan keçirilib

13:11, 06.09.2026
Screenshot

Screenshot

“Politico”nun məlumatına görə, NATO-nun onilliklərdir davam edən illik hərbi təlimi “Şimal Vikinqi” 2026-cı ilin avqustunda ilk dəfə olaraq ABŞ gəmiləri və təyyarələrinin iştirakı olmadan keçirilib.

Nəşrin məlumatına görə, təlimlərdə Almaniya kəşfiyyat təyyarələri, Kanada hərbi gəmiləri və Belçika qırıcıları iştirak edirdi.

“Təlimlərin komandanlığı fransız zabitə verilib. Müttəfiqlər həm NATO ölkələrinə, həm də Rusiyaya göstərmək istəyirdilər ki, Avropa Amerikanın rəhbərliyi olmadan da qitəni qoruya və Şimali Atlantikada fəaliyyət göstərə bilər”, – “Politico” yazır.

Məqaləyə əsasən, Birləşmiş Ştatlar adadakı fəaliyyətlərə dəstəyini tamamilə dayandırmayıb və amerikalı hərbi podratçılar Keflavik hava limanının hərbi hissəsində yeni obyektlər inşa edirlər. Amerika tərəfi müttəfiqlərə təlimlərin planlaşdırılmasında da köməklik göstərib.

Nəşr həmçinin yazır ki, İslandiya, Rusiya Hərbi Dəniz Qüvvələrinin öz gizli nüvə sualtı qayıqlarını Kola yarımadasındakı bazalardan Atlantik okeanına qədər yerləşdirə biləcəyi marşrutun mərkəzində yerləşir.

Oxşar