Politico - Emmanuel Makronun müttəfiqləri erkən seçki qərarının fəlakətlə nəticələnə biləcəyindən qorxurlar
Politico - Emmanuel Makronun müttəfiqləri erkən seçki qərarının fəlakətlə nəticələnə biləcəyindən qorxurlar

Fransa prezidentinin müttəfiqləri Emmanuel Makronun erkən seçkilər keçirmək qərarının fəlakətlə nəticələnə biləcəyindən ehtiyat edirlər.

Bu barədə Politiko məqaləsində qeyd olunur.

Nəşrlə söhbətində Makronun parlament koalisiyasının üzvlərindən biri bildirir ki, Fransa prezidentinin siması bundan sonra onun seçki kampaniyasının posterində göstərilməyəcək.

“Yelisey sarayı həqiqətən də Fransadakı “anti-prezident” əhval-ruhiyyəni başa düşmədi”, – Makronun “Renessans” parlament qrupunun üzvü deyib.

“Politico” sorğulara əsaslanaraq yazır ki, fransızlar öz prezidentlərini təkəbbürlü və avtoritar hesab edirlər.