"Politico" - Almaniya hökuməti Ukraynaya yeni hərbi yardımın çatdırılmasını dayandıracaq
"Politico" - Almaniya hökuməti Ukraynaya yeni hərbi yardımın çatdırılmasını dayandıracaq

Almaniya hökuməti Ukraynaya yeni hərbi yardımın çatdırılmasını dayandıracaq.

Bu barədə “Politico” nəşri Almaniya mətbuatına istinadən xəbər verir.

Medianın məlumatına görə, bu, Almaniyanın hakim koalisiyasının xərcləri azaltmaq planı ilə bağlıdır.

Frankfurter Allgemeine Zeitung (FAZ) nəşrinin yazdığı kimi, yeni yardımların ayrılmasına moratorium artıq qüvvədədir, o, yeni yardımlara şamil olunacaq və artıq təsdiqlənmiş paketlərə şamil edilməyəcək.

Maliyyə naziri Kristian Lindner avqustun 5-də Almaniya Müdafiə Nazirliyinə göndərdiyi məktubda bildirir ki, maliyyənin ayrılması Almaniyanın federal büdcəsindən deyil, Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlər hesabına həyata keçiriləcək.

Qeyd edək ki, Almaniya Avropada Kiyevə ən böyük hərbi yardım tədarükçüsüdür.