“Politico” – ABŞ-da İsrail və “Hizbullah” arasında genişmiqyaslı müharibə başlaya biləcəyindən qorxurlar.
“Politico” nəşrinin məlumatına görə, Amerika rəsmiləri İsrail və “Hizbullah” arasında hərbi əməliyyatların daha da artacağını proqnozlaşdırırlar ki, bu da genişmiqyaslı müharibəyə gətirib çıxara bilər.
Politico məqaləsində iki respondent qeyd edir ki, Co Bayden administrasiyasının bəzi üzvləri, xüsusilə İsrailin Beyrut ətrafını bombalamasından sonra gərginliyin azaldılmasının İsrail və Hizbullah üçün çətin olacağına inanırlar. Məqalədə qeyd edilir ki, İsrail ABŞ-a Hizbullaha hərbi təzyiqdən istifadə edərək qrupu ölkənin şimal hissəsindəki israillilərin öz evlərinə qayıtmasına imkan yaradan diplomatik həll yolu ilə razılaşmağa məcbur etmək niyyətində olduğunu bildirib.
Bayden administrasiyasının rəsmilərindən biri Politico-ya bildirib ki, Vaşinqtonda Beyrutun bombalanmasının mümkün davamını və Hizbullahın İsrailə qarşı hansısa formada, ola bilsin ki, pilotsuz təyyarələrin hücumları ilə cavab tədbirini gözləyirlər.
“Politico” yazır ki, İsrailin hərbi əməliyyatları çərçivəsində “Hizbullah” komandirlərinin öldürülməsi, qruplaşmanın silah anbarlarına zərbələr və kommunikasiya infrastrukturuna hücumların davam edəcəyi gözlənilir.
“Politico” yazır ki, Ağ Ev hələ də hadisələrin necə inkişaf edəcəyinə əmin deyil.