"Politico" - ABŞ bu gün Ukraynaya 400 milyon dollarlıq yeni hərbi yardım paketi təqdim edəcək
"Politico" - ABŞ bu gün Ukraynaya 400 milyon dollarlıq yeni hərbi yardım paketi təqdim edəcək

Amerika Birləşmiş Ştatları mayın 10-da Ukraynaya 400 milyon dollar dəyərində yeni hərbi yardım paketi təqdim edəcək. Bu barədə “Politico” məlumat yazır.

“Politico”nun yazdığı kimi, buna səbəb Rusiyanın yəqin ki, artıq Xarkova kütləvi hücumlara başlamasıdır.

Yardım paketi ABŞ hərbi anbarlarından gələcək və onlara Patriot raketləri, Stinger zenit raketləri və digər döyüş sursatları daxil olacaq.