Polislərə hücum, odlu silah və narkotikin qanunsuz olaraq əldə edilməsi-saxlanılması ittihamı ilə bir nəfər saxlanılıb
Polislərə hücum, odlu silah və narkotikin qanunsuz olaraq əldə edilməsi-saxlanılması ittihamı ilə bir nəfər saxlanılıb

 

Daxili İşlər Nazirliyinin Kaxeti Polis Şöbəsinin Axmeta ​​Rayon İdarəsinin əməkdaşları həyata keçirdikləri operativ-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində, keçmişdə dəfələrlə mühakimə edilmiş 1983-cü il təvəllüdlü İ.K.-ni Tbilisidə saxlayıblar.

Daxili İşlər Nazirliyi tərəfindən verilən məlumatda, saxlanılan şəxsin qanunsuz olaraq odlu silah əldə etmək-saxlamaqda, narkotik vasitələri əkib-becərməkdə, çətənə bitkisini qanunsuz olaraq saxlamaqda, eləcə də polis əməkdaşlarına hücum etməkdə ittiham olunduğu deyilir.

“Cinayətlər üç ildən yeddi ilədək azadlıqdan məhrum etməni nəzərdə tutur.

Hüquq-mühafizə orqanlarının əməkdaşları Axmetada hakimin hökmü əsasında təqsirləndirilən şəxsin evində, həyətyanı sahədə və həyətdəki anbarlarda aparılmış axtarışlar nəticəsində maddi dəlil olaraq: bir lüləli mişarlanmış- ov tüfəngi, odlu tapançanın patron darağı, müxtəlif növ odlu silahlar üçün nəzərdə tutulmuş yeddi ədəd patron, qurudulmuş “marixuana” və tərkibində narkotik vasitə olan çətənə bitkisi götürüblər.

Hakimin hökmü əsasında polis gizlənən İ.K.-ni təqsirləndirilən şəxs qismində saxlayıb. Təqsirləndirilən şəxs saxlanılarkən bıçaqla polis əməkdaşlarına hücum etmək istəyib və bunun qarşısı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən alınıb. Cinayətin törədildiyi silah – bıçaq maddi sübut kimi götürülüb.

Qanunsuz olaraq odlu silah əldə etmək-saxlamaq, narkotik vasitələri əkib-becərmək, çətənə bitkisini qanunsuz olaraq saxlamaq, eləcə də polis əməkdaşlarına hücum etmək faktları ilə əlaqədar Gürcüstan
Cinayət Məcəlləsinin 236-cı maddəsinin üçüncü hissəsi ilə, 265, 273 və 353-cü prima maddələrinin birinci hissəsi ilə istintaq aparılır”-deyə məlumatda qeyd olunub.