Polis Zuqdididə qətl ittihamı ilə bir nəfəri saxlayıb
Polis Zuqdididə qətl ittihamı ilə bir nəfəri saxlayıb

 

Gürcüstan Daxili İşlər Nazirliyinin Sameqrelo-Zemo Svaneti Polis Departamentinin əməkdaşları həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində, 2005-ci il təvəllüdlü E.Ts.-ni ağırlaşdırıcı hallarda azyaşlıya qarşı qəsdən adamöldürmə ittihamı ilə saxlayıblar. Məlumatı Daxili İşlər Nazirliyi yayır.

“Təqsirləndirilən şəxsin Zuqdididə qarşılıqlı mübahisə zəminində yetkinlik yaşına çatmamış- 2007-ci il təvəllüdlü S.M.-yə soyuq silahla bir neçə bədən xəsarəti yetirdiyi istintaqla müəyyən edilib. Azyaşlı xəstəxanaya aparılmazdan əvvəl dünyasını dəyişib.

Hüquqmühafizə orqanlarının əməkdaşlarının isti izlərlə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində E.Ts. baş vermiş hadisədən sonra tezliklə, Zuqdididə saxlanılıb.

Gürcüstan Cinayət Məcəlləsinin 109-cu maddəsinin “e” yarımbəndi ilə istintaq aparılır ki, bu da ağırlaşdırıcı hallarda azyaşlıya qarşı qəsdən adamöldürməni nəzərdə tutur” -deyə Daxili İşlər Nazirliyinin məlumatında qeyd olunub.