Polis Tsxvarichamiada adam öldürmə ittihamı ilə bir nəfəri saxlayıb
Polis Tsxvarichamiada adam öldürmə ittihamı ilə bir nəfəri saxlayıb

 

Polis Txvarichamiada adam öldürmə ittihamı ilə bir nəfəri saxlayıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayır.

“DİN-in Mtsxeta-Mtianeti Polis İdarəsinin əməkdaşları həyata keçirilmiş əməliyyat və istintaq hərəkətləri nəticəsində Tsxvarichamiada törədilmiş qəsdən adam öldürmə faktı üzrə 2000-ci il təvəllüdlü D.J.-ni saxlayıblar. Cinayət 15 ilə qədər azadlıqdan məhrumetməni nəzərdə tutur.

İstintaq nəticəsində, təqsirləndirilən şəxsin cari ilin iyulun 28-də qarşılıqlı mübahisə zəminində, 2002-ci il təvəllüdlü M.K.-ya ürək və döş qəfəsindən soyuq silahla xəsarət yetirdiyi və hadisə yerindən qaçaraq gizləndiyi məlum olub. M.K. aldığı xəsarət nəticəsində dünyasını dəyişib. Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adam öldürməni nəzərdə tutan 108-ci maddəsi ilə istintaq aparılır”- deyə məlumatda qeyd olunub.