Daxili İşlər Nazirliyinin Mtsxeta-Mtianeti Polis İdarəsinin əməkdaşları 1985-ci il təvəllüdlü Q.M.-ni ağırlaşdırıcı şəraitdə qəsdən adam öldürməyə cəhd ittihamı ilə həbs etdilər.
Nazirliyin məlumata görə, cinayət 11 ildən 14 ilə qədər azadlıqdan məhrum etməni nəzərdə tutur.
“İstintaqla müəyyən edildi ki, Q.M. cari ilin 15 dekabrında, Serovani kəndində, məişət zəmnində baş verən münaqişə nəticəsində, odlu silahla öz qonşularını – 1983-cü il təvəllüdlü A.M., 1990-cı il təvəllüdlü Q.M. və 1964-cü il təvəllüdlü Z.M.-nı yaraladı. Hər üçü xəstəxanaya aparılsı və onlara müvafiq tibbi yardım göstərildi.
Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində Q.M. həbs edildi, cinayətin silahı dəlil olaraq götürüldü.
Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 19-109-cu maddəsinin 1-ci hissəsinin “b” bəndi ilə aparılır”, – məlumatda deyilir.