Polis Tğibuli munisipalitetində qətl faktı ilə əlaqədar bir nəfəri saxlayıb
Daxili İşlər Nazirliyinin İmereti, Racha-Leçxumi və Kvemo Svaneti Polis Şöbəsinin əməkdaşları tərəfindən “isti izlər”lə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində, 2004-cü il təvəllüdlü L.M. saxlanılıb. O, qəsdən adam öldürməkdə ittiham olunur.
Daxili İşlər Nazirliyi tərəfindən verilən məlumatda, istintaq nəticəsində təqsirləndirilən şəxsin Tğibuli munisipalitetinin Qelati kəndində , keçmişdə yaşanmış münaqişə zəminində başlamış mübahisə zamanı qonşusu – 1985-ci il təvəllüdlü M.M.-nin bədəninə bıçaqla çoxsaylı xəsarətlər yetirdiyi və hadisə yerindən qaçaraq gizləndiyinin müəyyən edildiyi deyilir.
Polislər L.M.-i hadisənin baş verməsindən bir neçə saat sonra müqəssir qismində saxlayıblar. Polis cinayətin törədildiyi silahı – bıçağı dəlil olaraq götürüb.
Qəsdən adam öldürmə faktı ilə əlaqədar Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə istintaq aparılır. Cinayət 10 ildən 15 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur”-deyə Daxili İşlər Nazirliyinin məlumatında deyilir.