Polis tərəfindən Amsterdam Universitetində fələstinlilərin tərəfdarlarının nümayişi dağıdılıb, 140 nəfər saxlanılıb
Polis tərəfindən Amsterdam Universitetində fələstinlilərin tərəfdarlarının nümayişi dağıdılıb, 140 nəfər saxlanılıb

 
Polis, Amsterdam Universitetində fələstinlilərin tərəfdarlarının nümayişini güc tətbiq edərək dağıdıb. Ali təhsil ocağında çadır quran 140 nəfər saxlanılıb. Məlumatı Niderlandın İctimai Yayımçısı yayır.

Polis, prokurorluq və munisipalitetin nümayəndələri aksiya iştirakçılarının çadırlarını dağıtmaq qərarını birlikdə veriblər, çünki universitetə yad insanlar gəlirmiş.

Bundan əvvəl Amsterdam Universitetinin rəhbərliyi dəfələrlə aksiya iştirakçılarını çadırlarını tərk etməyə çağırıb.

Polis tərəfindən saxlanılmış 140 nəfərdən hazırda dördü həbsdədir.