Polis Tbilisidə, Kldiaşvili küçəsində bir nəfəri yaralayan şəxsi həbs etdi
Polis Tbilisidə, Kldiaşvili küçəsində bir nəfəri yaralayan şəxsi həbs etdi

Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin yeniyetmələr məsələləri üzrə baş idarəsinin əməkdaşları, həyata keçridikləri operativ-istintaq nəticəsində, 1984-cü il təvəllüdlü və keçmişdə məsuliyyətə cəlb olunan G.K.-yı, odlu silahın qeyri-qanuni şəkildə daşınması və qəsdlə insanı yaralamaq ittihamı ilə həbs etdilər.

Nazirliyin məlumatına görə, qeyd olunan cinayət 4-dən 7 ilə qədər həbs cəzası tələb edir.

“İstintaq nəticəsində məlum oldu ki, həbs edilən şəxs dünən Kldiaşvili küçəsində, 2004-cü il təvəllüdlü K.Ç-yı yaraladı və hadisə yerindən qaçdı.

Yeniyetmə xəstəxanaya aparıldı və hazırda vəziyyəti stabildir, həyati təhlükəsi yoxdur.

İstintaq davam edir və yenə bir neçə nəfərin həbs edilməsi ehtimal olunur” – deyilir Nazirliyin bəyanatında.

İdarənin məlumatına görə, istintaq Gürcüstanın cinayət məcəlləsinin 118-ci maddəsinin, 3-cü və 4-cü hissəsi ilə aparılır.